İcra başçısı iki şöbə müdirini vəzifədən azad edib
Tarix: 08-06-2020 12:20 | Bölmə: Cəmiyyət
İcra başçısı iki şöbə müdirini vəzifədən azad edib

Yasamal Rayon Icra Hakimiyyətinin başçısı Elşad Həsənov iki şöbə müdirini işdən çıxarıb.

Məlumata görə, E.Həsənovun əmri ilə Yasamal Rayon Icra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Mərdanov Rüfət Saday oğlu, Rayon təsərrüfatı şöbəsinin müdiri Həsənov Seyran Gülməmməd oğlu tutduqları vəzifədən azad ediliblər.

Başçının digər əmri ilə Teymurov Xaqan Aydın oğlu Yasamal Rayon Icra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Qarayev Cəmil Azər oğlu Rayon təsərrüfatı şöbəsinin müdiri təyin olunublar/Unikal.org




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər