Azərbaycanın işğal altında olan ərazilərində 64 nəfər koronavirusa yoluxub
Tarix: 09-06-2020 13:51 | Bölmə: Cəmiyyət
Azərbaycanın işğal altında olan ərazilərində 64 nəfər koronavirusa yoluxub

Dağlıq Qarabağda yeni növ koronavirus infeksiyasına (COVID-19) daha 5 yoluxma halı qeydə alınıb.

"news.am"ın xəbərinə görə, bununla da Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların ümumi sayı 64 nəfərə çatıb.

Bildirilib ki, virusa yoluxanlardan ümumilikdə 41 nəfər sağalıb.

Hazırda 77 nəfər özünütəcrid rejimindədir.

Xəstəlikdən ölüm halı qeydə alınmayıb/APA.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər