23:24 / 30-06-2025
Rus İcmasının Mədəniyyət Mərkəzi bağlanıb?
21:03 / 30-06-2025
Rusiyada öldürülən qardaşların cənazəsi Azərbaycana gətirilib - (Yenilənib)
18:51 / 30-06-2025
İran liderinin müşavirini öldürmək istəyiblər
18:44 / 30-06-2025
Aİ rəsmisi: "Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq..."
18:38 / 30-06-2025
Tramp mütəffiqlərin təklifinə əhəmiyyət vermir
18:03 / 30-06-2025
Daha 17 qanuna dəyişiklik edəcəklər
17:57 / 30-06-2025
Bakıda əməliyyat: FTX-nın iki əməkdaşı saxlanılıb - (Yenilənib) - Fotolar
17:51 / 30-06-2025
Azərbaycanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
17:45 / 30-06-2025
Bəylər Eyyubov yeni vəzifəyə təyin olunub
17:34 / 30-06-2025
Şuşada biznes forum keçiriləcək
17:18 / 30-06-2025
Ukraynalı nazir slovakiyalı həmkarının təklifini qəbul etmir
17:11 / 30-06-2025
İşçi qrupun ştat və xidməti maşınlarının sayı artırılıb
17:03 / 30-06-2025
Beş ölkədən Azərbayacana quş əti idxalına məhdudiyyət qoyulub
16:51 / 30-06-2025
Ersin Tatar Azərbaycana gəlir
16:46 / 30-06-2025
Ərdoğan Azərbaycana səfər edəcək
16:27 / 30-06-2025
Şahın atom bombası istəyi: ABŞ bunun qarşısını necə alıb?
16:10 / 30-06-2025
İyul ayının hava proqnozu açıqlanıb
16:02 / 30-06-2025
Azərbaycan və Bolqarıstan XİN-ləri arasında siyasi məsləhətləşmələr aparılıb
15:20 / 30-06-2025
Dərmanların qiyməti yenidən tənzimlənib
15:08 / 30-06-2025
Professor: Şovinizm Rusiyanı uçuruma aparır
14:52 / 30-06-2025
Mənsum İbrahimov: Teatrımızın səhnəsinə yeni Məcnunlar gəlir - Foto
14:26 / 30-06-2025
Sabiq nazir təltif edilib
14:15 / 30-06-2025
Qarabağa növbəti köç karvanı gedib - (Yenilənib)
13:53 / 30-06-2025
Tramp İranın iddiaları ilə razılaşmır
13:45 / 30-06-2025
Qarabağa səfərlər müvəqqəti dayandırılıb
13:43 / 30-06-2025
Çin Azərbaycan vasitəsilə Avropaya yeni yük marşrutu istifadəyə verib
13:24 / 30-06-2025
"Azərbaycanfilm"dəki partlayışla bağlı cinayət işi açılıb
13:15 / 30-06-2025
Sabahın hava proqnozu açıqlanıb
13:13 / 30-06-2025
Mirzoyan Lavrova xəbərdarlıq edib
13:01 / 30-06-2025
Xarici İşlər Nazirliyində yeni idarə yaradılıb
09:25 / 26-06-2025

08:51 / 26-06-2025

16:17 / 26-06-2025

13:16 / 29-06-2025

18:04 / 26-06-2025

00:00 / 26-06-2025

12:57 / 27-06-2025

00:02 / 27-06-2025

08:55 / 28-06-2025

00:01 / 28-06-2025

16:30 / 26-06-2025

12:14 / 26-06-2025

Ədliyyə Nazirliyində videokonfrans formatında kollegiya iclası keçirilib
Tarix: 29-07-2020 20:38 | Bölmə: Cəmiyyət

Bu gün Ədliyyə Nazirliyində cari ildə görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında kollegiya iclası keçirilib.
Ədliyyə Nazirliyinin Mətbuat Xidmətinindən Reyting.az-a verilən məlumata görə, Ədliyyə naziri Fikrət Məmmədov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan ölkəmizin davamlı və sabit inkişafına xidmət edən mütərəqqi islahatlardan, dünyada tüğyan edən COVİD-19 qlobal pandemiyasına qarşı görülən qəti tədbirlərdən danışıb. Bildirib ki, xalqımız bu bəla ilə mübarizədə sosial həmrəylik nümayiş etdirərək dövlət başçısı və Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın insanların sağlamlığının və təhlükəsizliyinin qorunması ilə bağlı qayğılı və həssas münasibətini minnətdarlıqla qarşılayır.
İclasda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində baş vermiş Ermənistanın növbəti hərbi təxribatının ordumuz tərəfindən fədakarlıq və qəhrəmanlıqla dəf edildiyi vurğulanaraq, şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Qeyd edilib ki, yüksək vətənpərvərlik nümayiş etdirən on minlərlə gəncin Ali Baş Komandanın çağırışına səs verərək könüllü orduda xidmət etməklə bağlı müraciətləri xalqımızın ölkə Prezidentinin ətrafında sıx səfərbər olmasının əyani təzahürüdür.
Məlumat verilib ki, cari ildə ədliyyə işinin müasirləşdirilməsi, xüsusi karantin rejimində fəaliyyətin təşkili məqsədilə zəruri profilaktik işlər aparılıb, müvafiq normativ sənədlər qəbul edilərək icrası təmin olunub.
Bu dövrdə qanunvericilik sahəsində nazirlik tərəfindən 1.210 normativ hüquqi akt layihəsi hazırlanıb, 1.160-dək akt hüquqi ekspertizadan keçirilib. Əhali üçün daim açıq olan və mütəmadi yenilənən milli qanunvericiliyin elektron bazalarına (www.e-qanun.az və www.huquqiaktlar.gov.az) 2 minə yaxın sənəd daxil edilib və həmin elektron resurslara 1,34 milyondan çox baş çəkilib.
Əhalinin hüquqi maarifləndirilməsi, xüsusilə pandemiya şəraitində ədliyyəyə əlçatanlığın təmin olunması ilə bağlı insanların məlumatlandırılması genişləndirilib, nazirliyin internet saytının və sosial şəbəkə səhifələrinin imkanları və interaktivliyi artırılıb, mətbuat konfransı, ictimai təqdimatlar keçirilib.
Dövlət başçısının vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları diqqətdə saxlanılıb, onların müasir İKT tətbiq olunmaqla videoqəbulunun Qaydası müəyyən olunub, 5.300-dən çox vətəndaş nazirlikdə, bölgələrdə və videoformatda qəbul edilərək qaldırılan məsələlərlə bağlı zəruri tədbirlər görülüb.
Birinci yarımildə 1,8 milyona yaxın notariat hərəkəti rəsmiləşdirilib, həmçinin vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı ilə bağlı 133 mindən çox əməliyyat aparılıb. Bu əməliyyatlarla bağlı 3,5 milyon manata yaxın vəsait, daşınmaz əmlakla əlaqədar müqavilələr üzrə isə 16 milyon manatadək vergi dövlət büdcəsinə köçürülüb.
Vətəndaş məmnunluğunun artırılması məqsədilə nazirlik tərəfindən 30-dan çox elektron xidmətin göstərilməsi fasiləsiz təmin edilib, bu xidmətlərdən istifadə sayı cari ildə 860 minə yaxın olub. Eyni zamanda innovasiyaların tətbiqi genişləndirilərək "Mobil notariat"ın funksionallığı artırılıb, o cümlədən bir sıra etibarnamələrin mobil qaydada verilməsi ilə bağlı vətəndaşlara yeni imkanlar yaradılıb.
Qeyd olunub ki, birinci yarımildə 73 qeyri-kommersiya qurumu, o cümlədən çoxpartiyalı sistemin inkişafına dövlət dəstəyinin təzahürü olaraq 4 yeni siyasi partiya dövlət qeydiyyatına alınıb, 30-dək mətbu nəşr uçota götürülüb. Hazırda qeyri-kommersiya təşkilatlarının ümumi sayı 4.624, mətbu nəşrlərin sayı isə 5.343 təşkil edir.
İclasda ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında mühüm rol oynayan məhkəmə qərarlarının icrası işinin yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin davam etdirildiyi qeyd olunaraq altı ayda 307 min icra sənədinin icrasının təmin edildiyi, hüquqi və fiziki şəxslərə 376 milyon manatdan çox vəsait ödətdirildiyi bildirilib. Bu sahədə işin səmərəliliyinin artırılması üçün alternativ icra mexanizmlərinin tətbiqi müzakirə olunub.
Diqqətə çatdırılıb ki, indiki pandemiya şəraitində borclu şəxslərə aliment, kredit, cərimə və digər icra ödənişlərinin "ASAN ödəniş" və "Elektron hökumət" portalları, eləcə də müxtəlif mobil tətbiqlər vasitəsilə onlayn qaydada və ya terminallar vasitəsilə həyata keçirilməsi, valideynlik hüququndan istifadənin – uşaqla ünsiyyətin video-əlaqə vasitəsilə təmin edilməsi imkanının yaradılması məhkəmə qərarlarının icrasının səmərəsini artırıb.
Cari ildə həmçinin, azadlıqdan məhrumetməyə alternativ cəzaların tətbiqi genişlənib, o cümlədən azadlığın məhdudlaşdırılması və digər cəzalara məhkum olunmuş 1.750 şəxsə elektron qolbaq tətbiq edilib.
Nazirlik tərəfindən ədalət mühakiməsi əleyhinə, o cümlədən məhkəmə qərarlarının icra olunmaması və digər cinayətlərlə bağlı 241 iş üzrə ibtidai istintaq tamamlanıb, bu zaman fiziki və hüquqi şəxslərə vurulmuş 1,13 milyon manat məbləğində ziyan istintaqın gedişində ödətdirilib.
Bundan əlavə, ölkə Prezidentinin tapşırıqlarına uyğun olaraq məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlərin davam etdirildiyi bildirilib, cari ildə Məhkəmə Ekspertizası Mərkəzində 41 ekspert ixtisası üzrə 15.000-dən çox işə baxıldığı, ekspertlər tərəfindən 374.000-dən artıq suala cavab verməklə qaldırılmış məsələlərin 99,7%-nin həll edildiyi bildirilib.
Bələdiyyələrin fəaliyyətində qanunçuluğun təmin olunması, səmərəli inzibati nəzarətin həyata keçirilməsi və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılıb, 41 minə yaxın bələdiyyə aktına inzibati nəzarət qaydasında baxılıb, 1.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 3.500 hektara yaxın torpaq sahəsi geri qaytarılıb. Pozuntulara yol verən 53 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 20 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.
Kollegiyada bildirilib ki, dövlət başçısının humanist siyasətinin təzahürü olaraq imzaladığı 06.04.2020-ci il tarixli Sərəncamla virusa yoluxması daha riskli olan yaşı 65-dən yuxarı 176 məhkum əfv edilib. Cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı yenicə qəbul edilərək icrasına başlanılmış qanunvericiliyin tətbiqi ilə artıq 130 məhkum cəzadan azad olunub. Həmçinin nazirlik tərəfindən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun davamlı olaraq intensiv tətbiqi və bu məsələdə müasir informasiya texnologiyalarının istifadəsi nəticəsində cari ildə 1.253 nəfər, o cümlədən pandemiya dövründə 983 nəfər vaxtından əvvəl azadlığa buraxılıb.
Eyni zamanda penitensiar xidmətin fəaliyyətinin, məhkumların islah-tərbiyə işinin təkmilləşdirilməsi, ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı tədbirlərin davam etdirildiyi, Ədliyyə naziri yanında İctimai Komitənin imkanlarından istifadə olunmaqla məhkumlara müxtəlif hüquqi yardım göstərildiyi bildirilərək Kollegiyada məhkumlarla tərbiyə və psixoloji yardım işinin təşkili haqqında yeni Təlimat layihəsinə baxılmaqla qəbul edilib.
İclasda 2020-ci ildə nazirliyin beynəlxalq hüquq əməkdaşlığının genişləndirilməsi üzrə tədbirlərə toxunulub, Azərbaycan Hökuməti və Beynəlxalq Qızıl Xaç Komitəsi arasında müvafiq saxlama yerlərinə, o cümlədən penitensiar müəssisələrə maneəsiz baş çəkməyə imkan verən Sazişin müddətinin uzadılmasına dair Protokolun, habelə ölkəmizin tərəfdar çıxdığı BMT-nin "Uşaq hüquqları haqqında" Konvensiyasının UNİCEF-in hazırladığı yuvenal ədliyyə sahəsindəki öhdəlikləri ehtiva edən "Öhdəlik Bəyannaməsi"nin imzalandığı bildirilib.
Eyni zamanda, nazirlik tərəfindən mülki və cinayət işləri üzrə hüquqi yardım və ekstradisiya ilə bağlı 8 minə yaxın sorğunun icrası təmin olunub.
Dövlət başçısı tərəfindən elan olunmuş 2020-ci il "Könüllülər ili çərçivəsində bu institutun təşviqi genişləndirilərək 1.000-dək gənc ədliyyə orqanlarında və məhkəmələrdə könüllü fəaliyyətə cəlb edilib, ədliyyə sahəsində fəaliyyət göstərən könüllülərin təşəbbüsü ilə "Ədliyyə Könüllüləri" İctimai Birliyi təsis olunaraq səmərəli fəaliyyət göstərir.
Cari ilin birinci yarımilində Ədliyyə Akademiyasında, həmçinin karantin rejimi dövründə distant tədrisə üstünlük verilərək 1000-ə yaxın ədliyyə işçisi, hakim və digər hüquqşünaslar müxtəlif təlimlərə cəlb olunub, habelə 170-dən çox aztəminatlı şəxsə pulsuz hüquqi yardım göstərilib.
Kollegiyada həmçinin, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi, müasir məhkəmə infrastrukturunun yaradılması üzrə tədbirlər qeyd edilib, dövlət başçısının "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" Fərmanla verilmiş davamlı tapşırıqların icrası müzakirə olunub. Bildirilib ki, "Elektron məhkəmə" və "Elektron icra" informasiya sistemlərinin respublikanın bütün ərazisi üzrə tətbiqi üçün Dünya Bankı ilə birgə əməli tədbirlər görülür.
Əhalinin məhkəməyə əlçatanlığının təmin edilməsi məqsədilə mülki xarakterli işlər üzrə məhkəmə prosesinin videokonfrans vasitəsilə həyata keçirilməsi təşkil olunub. Həmçinin, yenicə qəbul olunmuş Cinayət Prosessual qanunvericiliyə edilmiş dəyişikliklərə uyğun olaraq cinayət işləri üzrə məhkəmə proseslərinin videokonfrans formatında onlayn qaydada keçirilməsinə başlanılıb, xüsusi karantin rejimi dövründə bu innovasiyanın tətbiqinin müstəsna əhəmiyyəti vurğulanıb.
İclasda ədliyyə fəaliyyətinin dövlət başçısının qarşıda qoyduğu yüksək tələblər səviyyəsində qurulması üzrə vəzifələr müzakirə edilib, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması, şəffaflığın və vətəndaş məmnunluğunun yüksəldilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, korrupsiyanın yolverilməzliyi və antikorrupsiya mühitinin yaradılması ilə bağlı və digər konkret göstərişlər verilib.
Sonda Kollegiyada bir sıra qeyri-kommersiya hüquqi şəxslər dövlət qeydiyyatına alınıb.
Bölməyə aid digər xəbərlər

Bu gün, 16:10
İyul ayının hava proqnozu açıqlanıb
Bu gün, 13:15
Sabahın hava proqnozu açıqlanıb
Bu gün, 12:55
Məhkəmə hüquq müdafiəçisi ilə bağlı qərar verib
Bu gün, 10:12
Dinozavr skleti 6 milyon dollara hərraca çıxarılacaq
Bu gün, 09:27
Hacıqabulda qəza: ölən və xəsarət alan var
Bu gün, 08:23
Yanğınsöndürənləri atəşə tutublar
28-06-2025, 08:32
Beş ay əvvəl Kürdə batan şəxsin meyiti tapılıb
27-06-2025, 12:57
Prokurorluq Bakıdakı partlayış hadisəsini araşdırır
27-06-2025, 00:25
"Azərbaycanfilm"in ərazisindəki yanğın söndürülüb - (Yenilənib)
27-06-2025, 00:02
Emil Mehtiyev idarə rəisi təyin olunub
26-06-2025, 18:04
Narkotik satan ata və oğlu tutulub
26-06-2025, 16:30
Azərbaycandakı dinlərarası harmoniya Tolerantlıq Evində müzakirə olunub
26-06-2025, 13:15
Sabahın hava proqnozu açıqlanıb
25-06-2025, 22:36
MÜTDA: "7 müəllimin nəticəsi ləğv ediləcək"
25-06-2025, 18:00
Beynəlxalq axtarışa verilmiş şəxsi Rusiyaya təhvil verilib
25-06-2025, 17:44
“Azəriqaz”ın baş direktoruna müavin təyin olunub
25-06-2025, 16:45
Bakıda əməliyyat: saxlanılanlar var - Video
25-06-2025, 16:39
Toy karvanında "avtoş"luq edən sürücülər saxlanılıb
25-06-2025, 15:29
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
25-06-2025, 12:33
Bakıda minik maşını “KamAZ”la toqquşub - İki qadın xəsarət alıb
25-06-2025, 12:26
Qadınlara qarşı əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
25-06-2025, 12:03
İrandan daha 15 əcnəbi Azərbaycana təxliyə olunub
25-06-2025, 11:53
Vətəndaşları aldadan şəxs tutulub
25-06-2025, 11:50
Sabah hava necə olacaq? - Proqnoz
25-06-2025, 11:05
İran generalların və nüvə alimlərinin dəfninə hazırlaşır
25-06-2025, 10:29
Qazilərə iki aydır dərmanlar verilmir
25-06-2025, 10:01
Məhkəmələrdə kargüzarlığın aparılması qaydası təsdiqlənib
25-06-2025, 08:27
Üç mindən çox avtomobili daşıyan gəmi üç həftə yandıqdan sonra batıb
25-06-2025, 07:46
ABŞ-da vəzifəli şəxslərə WhatsApp-dan istifadə qadağan edilib
24-06-2025, 18:01
Qadın sərnişinlərə əxlaqsızlıq edən taksi sürücüsü saxlanılıb
24-06-2025, 17:04
Jurnalistlərin həbs müddəti uzadılıb
24-06-2025, 16:02
Polis əməliyyatı: 175 kq narkotik vasitə dövriyyədən çıxarılıb
24-06-2025, 15:28
Xaricdən Azərbaycana köçürülmək istəyən tələbələrə əlavə şans verilib
24-06-2025, 12:39
Sabah hava necə olacaq? - Proqnoz
24-06-2025, 11:36
“Neftçi” klubu daha bir futbolçu ilə vidalaşıb
24-06-2025, 11:30
Kart nömrəsini, PIN kodunu, CVV kodunu paylaşmaq olmaz
24-06-2025, 10:20
Bakıda nişan mərasimində dava: 3 nəfər tutulub - Video
24-06-2025, 09:57
Əhməd Orucun oğlunun ölümü ilə bağlı yeni məlumatlar yayılıb
24-06-2025, 09:45
Məktəb direktoru şagirdlərdən polisə şikayət edib
24-06-2025, 08:09
Şahzadə Uilyam tacdan imtina edə bilər
23-06-2025, 17:43
Bakıda narkotikə qarşı əməliyyat: saxlanılanlar var
23-06-2025, 16:03
Elariz Məmmədoğlunun qızı məhkəmədə ifadə verəcək
23-06-2025, 15:03
Anar Məmmədlinin cinayət işinə xitam verilməsi üçün vəsatət qaldırılıb
23-06-2025, 12:46
Sabah hava necə olacaq? - Proqnoz
23-06-2025, 12:24
Qarabağ zonasında daha 1420.9 hektar ərazi minalardan təmizlənib
23-06-2025, 10:31
DİN: "Şəxsi bank kartı məlumatlarını baqşası ilə paylaşmaq olmaz"
23-06-2025, 08:46
Sevil Əliyevanın oğlu məşhur diktorun nəvəsi ilə ailə qurub