Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Nazir Emin Əmrullayevə bir neçə sual
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Ramiz Mehdiyevin Rusiyaya yazdığı gizli məktub üzə çıxıb - Fotofakt
1500 illik qızıl sikkə xəzinəsi tapılıb
Prezident səfirləri geri çağırıb - Yeni təyinatlar - (Yenilənib)
Azərbaycanın Yaxın Şərq həmləsi: Vaşinqtondan dəstək var
"Neftçi" qələbə qazanıb
Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür
ASC-də nöqsanlar aşkar edilib
Tarix: 12-01-2017 11:49 | Bölmə: Cəmiyyət
Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru
Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasındakı qalmaqal böyüyür.
Məktəbin direktoru Akif Namazov keçmiş işçisi barədə növbəti dəfə daha kəskin ittihamlar səsləndirib.
Reyting.az xəbər verir ki, direktor Modern.az açıqlamasında həmin xanımı yüngül əxlaqlı adlandırıb:
"O, məktəbin kompüterinə seks videosu yükləmişdi. Mən ömrümdə belə şeylər görməmişdim. O qadın çox şeyi gizlədir. O, mənim üçün ən yaxın adam olub, xətrini çox istəmişəm. Xatirənin kompüterdə seks videosunu və Təhsil şöbəsindəki oğlanlarla yazışmasını tutdum. Ona görə də işdən çıxartdım. O, mənə 500 manat təklif etdi ki, işi ört-basdır edim. Mən qəbul etmədim ki, məktəbin adına ayıbdır. Sonra məktəbin gözətçisinin əli ilə gecə vaxtı mənim otağımın qapısını açdırıb, kompüterdəki bütün məlumatlarını silib. Mən də "102”yə məlumat verdim. Bizim işimiz polisdədir.
O, etiraf edib ki, mənə 500 manat təklif edib, qəbul etməmişəm. Dedim lap 5 min də versən, xeyri yoxdur, ərizə yaz, işdən çıx. Əgər o seks videosu Təhsil şöbəsi tərəfindən məktəbin kompüterində aşkarlansaydı, mənim ən yüngül cəzam ərizə yazıb işdən çıxmaq olardı. O, bu yolla məni sıxışdırmağa, ilişdirməyə çalışırdı. Bu xanım belə şeylərin həvəskarıdır.
Onu saxlayanın papağını ağzına basasan. Əri mənə "Akif müəllim, gedək bizdə seksə baxaq”,- deyir. Bu kişidən ağlınız nə kəsir? O, öz telefonunda mənə Aygün Kazımovayla qızının seks videosunu göstərib”.
Direktorun "dedikləriniz çox ağır ittihamlardır, əlinizdə bunları sübut edəcək faktlar varmı”- sualına belə cavab verib:
"Bunu mənə əri köpəyin oğlu deyib. Onun əri onu başqası ilə tutsa, heç nə edəsi deyil. O, biqeyrət adamdır. Xatirə burda 3 il yarım işləyib, amma gözümün ucu ilə də ona baxmamışam. Özü də Xatirə mənim zövqümə uyğun qadın deyil. Məndən əvvəlki direktora 3 min manat verib zorla işə düzəlib.
Gedib ona desəniz ki, "Akif müəllim səni işə bərpa edir”, dediklərindən imtina edəcək. Məndən hayıf almaq istəyir. Onu işə qaytaracağım təqdirdə nə istəsəm, onu edəsi əxlaqa sahibdir. Özü də onun 10-15 adama borcu var. Birinə 20 manat, birinə 45 manat, birinə 50 manat və s.”.
Məlumata görə, Təhsil Nazirliyi və Şəmkir Rayon Təhsil Şöbəsi Müşfiq Süleymanov adına Seyfəli kənd orta məktəbində baş verən qalmaqalla bağlı araşdırmaya başlayıb.
Bu haqda Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Cəsarət Valehov məlumat verib.
Qeyd edək ki, Şəmkirin Aşağı Seyfəli kəndində yerləşən M.Süleymanov adına tam orta məktəbin direktoru Akif Namazov və orada laborant işləmiş Xatirə Əliyeva arasında qalmaqal yaranıb. Qalmaqala səbəb laborantın işdən çıxarılması və direktorun həmin xanımı əxlasızlıqda ittiham etməsidir.
Bölməyə aid digər xəbərlər
















Mikayıl Mikayılov deyir ki, festivalda nümayiş olunan tamaşa Azərbaycanla Meksika arasında teatr əlaqələrinin başlanğıcı sayıla bilər
ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək