16:39 / 28-11-2024
Sabah qar yağacaq
Məhkəmə “Lider” TV-nin əleyhinə olan qərarı qüvvədə saxlayıb
Tarix: 19-08-2020 12:49 | Bölmə: Cəmiyyət
Məhkəmə “Lider” TV-nin əleyhinə olan qərarı qüvvədə saxlayıb
Bakı Apellyasiya Məhkəməsi “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı məhkəmə qərarından verdiyi apellyasiya şikayətinə baxıb.

Reyting.az
-ın məlumata görə, hakim Raqib Qurbanovun sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib və qətnamə dəyişdirilmədən saxlanılıb.

Qeyd edək ki, Bakı Kommersiya Məhkəməsi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Radio-Televiziya Yayımı və Peyk Rabitəsi” İstehsalat Birliyinin iddiasına əsasən, “Lider TV və Radio-Azərbaycan” MMC-nin müflis elan edilməsi və əmlak inzibatçısının təyin edilməsi ilə bağlı qərar çıxarıb.(APA)




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər