09:06 / 19-09-2025
Madonna yeni albom buraxacaq
14:16 / 18-09-2025
Ölkəmizdə ət bahalaşıb
Məhəbbət Vəliyeva direktorlarla dərslərin açılmasını müzakirə edib
Tarix: 19-08-2020 15:07 | Bölmə: Cəmiyyət
Məhəbbət Vəliyeva direktorlarla dərslərin açılmasını müzakirə edib

Avqustun 19-da Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva ölkənin müxtəlif regionlarından olan 30-a yaxın ümumi təhsil müəssisəsinin direktorlarının iştirakı ilə videokonfrans keçirib.

Təhsil Nazirliyindən Reyting.z-a verilən məlumata görə, görüşdə M. Vəliyeva koronavirus pandemiyası dövründə 2020-2021-ci tədris ilinə hazırlıqla bağlı görülən işlər barədə danışıb.

Müxtəlif təkliflər, o cümlədən Təhsil İnstitutu tərəfindən verilmiş ssenarilər və onların icra mexanizmi haqqında iştirakçılara məlumat verilib.

Görüş zamanı çıxış edən direktorlar 2020-2021-ci tədris ili ilə bağlı öz təkliflərini bildirib, onlarda yaranan sualları səsləndiriblər.

Görüşün nəticələri təlimatların və metodik göstərişlərin hazırlanmasında nəzərə alınacaq.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:47 Sabah yağış yağacaq
16-09-2025, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq