16:39 / 28-11-2024
Sabah qar yağacaq
"Lotu Quli" Türkiyədə qətlə yetirilib
Tarix: 20-08-2020 09:53 | Bölmə: Cəmiyyət
"Lotu Quli" Türkiyədə qətlə yetirilib

Kriminal aləmdə "Lotu Quli" ləqəbi ilə tanınmış Nadir Səlifov Türkiyədə qətlə yetirilib.

Reyting.az
xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb. Məlumatda bildirilir ki, "Lotu Quli" Antalyada nahar etdiyi şəxs tərəfindən öldürülüb.

N. Səlifov güllə ilə başından vurulub. O xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Onun başından 4 güllə yarası aldığı bildirilir. Bəzi məlumatlara görə, o, restoranda deyil, qaldığı oteldə, yatdığı yerdə vurlub.

N. Səlifovu öldürən şəxs hadisə yerindən qaçsa da, onun Antalya-Dənizli şosesində saxlanıldığı bildirilir.

İlkin məlumata görə, hadisəni törədən "Lotu Quli"nin yaxın çevrəsindən olan Xan Əhmədlinskidir.

Qeyd edək ki, 1972-ci il təvəllüdlü Nadir Səlifov Gürcüstanda doğulub. O, 2005-2017-ci illərdə Azərbaycanda həbsdə olub. Həbsdən azad olunduqdan sonra Türkiyəyə gedib. 2018-ci ildə Türkiyədən deportasiya edilsə də, sonradan qaçaq yollarla yenidən Türkiyəyə qayıdıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər