16:39 / 28-11-2024
Sabah qar yağacaq
DSMF-in rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşının həbs müddəti uzadılıb
Tarix: 25-08-2020 11:57 | Bölmə: Cəmiyyət
DSMF-in rüşvət almaqda təqsirləndirilən sabiq əməkdaşının həbs müddəti uzadılıb

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Cəlilabad rayon şöbəsinin rüşvətə görə tutulan vəzifəli şəxsi Pərviz İsgəndərovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının təqdimata baxılıb.

Məlumata görə, Binəqədi rayon Məhkəməsində hakim Fərid Əmrəliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və həbs müddəti uzadılıb.

Qeyd edək ki, DSMF-nin Cəlilabad rayon şöbəsinin baş mühasibi Pərviz İsgəndərov Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Pərviz İsgəndərovun müxtəlif vaxtlarda rayon sakinlərindən ünvanlı dövlət sosial yardım və pensiya təyin olunması müqabilində 3 700 manat məbləğində pul tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci (təkrar rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb və P. İsgəndərov barəsində həbs qətimkan tədbiri seçilib.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər