09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Azərbaycanda daha 133 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib
Tarix: 25-08-2020 16:08 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 133 nəfər koronavirusa yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 133 yeni yoluxma faktı qeydə alınıb, 86 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, son sutkada koronavirusdan 2 nəfər vəfat edib:

"İndiyədək ölkədə ümumilikdə 35 559 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 33 190 nəfər müalicə olunaraq sağalıb, 521 nəfər vəfat edib, 1 848 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 612, bu günə qədər isə ümumilikdə 885 279 test icra olunub".




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq