16:39 / 28-11-2024
Sabah qar yağacaq
"Bakcell" rəhbərliyindən şok addım: karantin rejimində 180 nəfərin iştirakı ilə toy keçirilib - Videolar
Tarix: 26-08-2020 13:16 | Bölmə: Cəmiyyət
"Bakcell" rəhbərliyindən şok addım: karantin rejimində 180 nəfərin iştirakı ilə toy keçirilib

Ölkədəki karantin qaydalarının tələblərinin kobud şəkildə pozulduğu daha bir toy mərasimi keçirilib.

Budəfəki kobud qanun pozuntusunu ölkənin tanınmış mobil operatoru olan "Bakcell"in rəhbərliyində təmsil olunan şəxslər edib.

Reyting.az
boyukmillet.com-a istinadən xəbər verir ki, saytının əldə etdiyi məlumata görə, toyda 180 nəfər iştirak edib. Toyun yiyəsi "Bakcell"in pərakəndə satış şöbəsində işləyən Vəfa Abdullayeva olub. O, qızı Növrəstə Muradlıya toy edib.

Təzə bəyin də "Bakcell" korparativ şöbəsinin əməkdaşı olduğu bildirilir. Məclis Nardarandakı "Sebay" adlı restoranda keçirilib. Toyda iştirak edənlər sırasında şirkətin pərakəndə satış şöbəsinin müdiri Elnur Sultanov da olub. Toyda iştirak edən hər bir şəxsə məclisin yuxarıların icazəsilə baş tutduğu deyilib. Görəsən " Bakcell"ə bu icazəni kim verib? Toydan çəkilən videolar və fotoları təqdim edirik:

Qeyd edək ki, Baksell şirkətinin satış və korporativ şöbələrinin ümumi rəhbəri Zaur Bayramovdur.







Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər