09:27 / 21-10-2025
Donald Tramp əleyhdarlarını təhqir edib - Foto
09:21 / 21-10-2025
Rəşid Mahmudov: “Pensiya yaşını 59-dan yuxarı etmək düzgün deyil”
09:15 / 21-10-2025
Türkiyənin yük təyyarəsi dənizə düşüb
09:05 / 21-10-2025
Metroya qara çarşabla minən kişi saxlanılıb - Foto
08:57 / 21-10-2025
Rusiya Budapeşt sammitindən irəliləyiş gözləyir
08:45 / 21-10-2025
İsrail ordusu atəşkəsə əməl etmir
08:38 / 21-10-2025
Bayden prostat xərçənginin müalicəsini tamamlayır
08:31 / 21-10-2025
Bessent: ABŞ “G7”-dən Rusiyaya təzyiqi artırmasını gözləyir
08:24 / 21-10-2025
Ərdoğanın Yaxın Şərq turnesi başlayır
08:19 / 21-10-2025
Yaponiyada hökumət istefa verib
08:13 / 21-10-2025
Yunanıstan Egey adalarını İsrail PUA-ları ilə qoruyacaq
07:48 / 21-10-2025
Ruslar Xarkova hücum edib
07:44 / 21-10-2025
Rusiyada ən böyük neft emalı zavodu işini dayandırıb
07:38 / 21-10-2025
İsrail rəsmisi qalmaqallı açıqlama verib
23:36 / 20-10-2025
Qurban Qurbanov: "Üstünlük bəlkə də rəqib tərəfdədir, çünki..."
22:54 / 20-10-2025
Əyləncəli heyvanlar... - Fotolar
22:25 / 20-10-2025
Fərid Qayıbov COP10-un sədri seçilib
22:14 / 20-10-2025
Xələf Xələfov Tehranda İran rəsmiləri ilə görüşüb - Fotolar
18:18 / 20-10-2025
Britaniya ordusu PUA-ları xəbərdarlıq etmədən vuracaq
18:17 / 20-10-2025
Yazıçı Anar: “Xəstəyəm, heç bir məsələ haqqında danışa bilmərəm...”
18:04 / 20-10-2025
Tramp Ukrayna prezidentini hədələyib
18:02 / 20-10-2025
"Qarabağ" İspaniyaya yollanıb
17:49 / 20-10-2025
Novella Cəfəroğlu: "Mən “vurulan” adamın arxasınca danışmamışam"
17:24 / 20-10-2025
Heydər Əliyev Mərkəzində caz konserti keçiriləcək
17:11 / 20-10-2025
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
16:56 / 20-10-2025
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
16:51 / 20-10-2025
Nazirliyin istirahət evinin rəisi niyə tutulub? - Açıqlama
16:39 / 20-10-2025
Keçmiş baş nazirdən xəyanət şübhəsi var
16:31 / 20-10-2025
İlham Əliyev Qazaxıstana dövlət səfərinə gəlib - Fotolar
12:11 / 17-10-2025

19:51 / 17-10-2025

16:01 / 18-10-2025

14:10 / 16-10-2025

15:51 / 20-10-2025

16:07 / 20-10-2025

11:33 / 16-10-2025

13:05 / 16-10-2025

16:15 / 18-10-2025

12:02 / 16-10-2025

14:28 / 20-10-2025

19:14 / 18-10-2025

Süleyman Rüstəmin xatirələrindən: “Axırda havalandı, başına əmmamə qoyub...”
Tarix: 21-09-2020 17:49 | Bölmə: Cəmiyyət

İkinci Dünya müharibəsi illərində bir qrup Azərbaycan yazıçısı sovet qoşunlarının tərkibində İranda fəaliyyət göstərib. Onların arasında xalq şairi Süleyman Rüstəm də olub. Şairin İran xatirələrində maraqlı məqamlar var.
Reyting.az Süleyman Rüstəmin “Seçilmiş əsərləri”indən seçmələri təqdim edir:
“...Əvvəla onu deyim ki, ilk günlərdə Təbrizdəki acınacaqlı vəziyyət məni yaman sıxmışdı. Bir neçə gün yemək-içməkdən qalmışdım. Nəhayət, bu vəziyyətə alışdım. Bir ay müddətində yazdığım bir neçə şeiri mətbuata verməkdən çəkindim. Təbrizdəki şairlərlə tanış olmadan, onların şairlik qüdrətlərini bilmədən bunu etməkdən çəkindim. Sovet şeirimizin adını ucada tutmağı hər şeydən üstün bildim.
Təbrizdə şairlər vardi. Mir Mehdi Etimadla, Hilal Nasiri və Əli Fitrətlə tanış oldum. Bunların yalnız birinin bir kitabçası nəşr olunmuşdu. Bu kitabın müəllifi Mir Mehdi Etimad idi.
Hilal Nasirinin Təbrizdə və Ərdəbildə kitab-dəftər mağazası vardi. Əli Fitrət isə Təbriz dəmir yolunda keşikçi vəzifəsində çalışırdı. Dəmir yoluna yaxın yerdə kiçik bir xanəsi vardı. Həmin daxmada o mənə və Mirzə İbrahimova beş-altı qoyun başayağından çox dadlı yemək hazırlamışdı. Bizimlə görüşəndən sonra azəricə şeirlərini qəzetlərdə çap etdirməyə başladı. Mən bu şair dostlarımla görüşdən sonra Süleyman Hikmət imzasıyla şeirlər dərc etdirməyə başladım. İlk şeirim "Vətən yandı" idi.
... Məmməd Abbaslı, Əli Fitrət kimi dostlarımız həmişə bizim yanımızda olurdular. Bizi evlərinə qonaq dəvət edirdilər.
Bu ziyafətdə biz üçümüz idik. Başqa heç kəs yoxdu. Hərdən bir cavan süfrəyə yemək verirdi.
Əli Birəng bizim üçün çox zəngin süfrə açmışdı. Əli Birəng deyirdi ki, sizin Təbrizə gəlişinizlə bu ölkəyə ədalət, həqiqət, vicdan, namus gəlmişdir. Mən ziyalıyam. Vaxtilə Rusiyada Lenini görmüşəm. Bir az gözüaçıq adamam. Bu bədbəxt ölkədə haqsızlıq ərşə dayanmışdır. Sizdən niyə gizlədim. Mənim iki kiçik kəndim vardı. Dolanışığım o kəndlərdəndi. Sizin ordu hələ İran torpağına daxil olmamışdan qabaq kəndlərə getdim. Əhalini toplayıb kəndləri onların öz ixtiyarlarına verdim. Siz bu həqiqəti yoxlaya bilərsiniz. Kəndlilər də bu yaxşılığı unutmadılar. Hərdənbir mənə azuqə gətirib öz minnətdarlıqlarını bildirirlər.
Əli Birəng yaşlı adamdı. Sifətdən qəşəng, boydan uca idi. O bizə İrandakı azərilərin başına gələn fəlakətləri şərh edirdi. Əli Birəng sovet adamlarına öz hörmətini, məhəbbətini bildirirdi. Əli Birəng söhbətin axırında mənə xatirə olaraq qiymətli bir üzük bağışladı. Mən üzüyü ona qaytardım. Onu başa saldıq ki, belə hədiyyə bizim üçün yaxşı məna daşımaz. O öz səhvini başqa cür düzəltdi. "Bəli, əlbəttə, şair üçün kitabdan gözəl hədiyyə ala bilməz",- deyib mənə daş çaplı iki kitab bağışladı. Bu kitablardan biri şair Sabirin qəzəllərindən ibarət kitabdı. Sonra o mənə Möcüzün şeirlərini verdi. Bu əlyazmaları mən Təbrizdə Qulam Məmmədliyə yetirdim.
...Təbrizdə Məhəmməd Biriyanı ilk dəfə bələdiyyədə gördük. Şəhər bələdiyyəsındə qonaqlıq vardı. Biriya orada paltar asandı. Onu sonra Təbriz küçələrində kanal təmizləyənlərə baş çəkən gördük. Biriyanın ilk şeiri "Vətən yolunda" qəzetində çıxdı. Sabirə bənzətməylə yazılmış satirik şeirlər tez əhali arasında yayıldı.
Səhv etmirəmsə, Biriyanın atası dülgər idi. Bir gün evlərinə getdik. Yoxsullara məxsus mənzildə ayaqlarımızı yorğan altı kürsüyə uzadıb bozbaş yedik. Biriya özü deyirdi ki, o, kəndlərdə rəmmallıqla, falçılıqla da məşğul olub.
Artıq Biriya tribunalarda görünürdü, təhsili ibtidai idi. Fitri istedadı vardı. Təbrizdə olarkən Biriyada bir mənfi cəhətin şahidi oldum. O, özündən başqa kimsəni bəyənməzdi, hərəyə bir qara damğa vurmağa çalışardı. İrəli gəlmiş ziyalıların bizə yaxın gəlməsinə maneçilik göstərərdi. Məsələn: "Ehliyatlı olun. Filankəs casusdur, xəfiyyədir. Sizlərdən gizli polisə xəbər aparandır və ilaxır..."
Təbrizdə yaşayan bir ziyalını (Məhəmmədlü Abbasini) gözümüzdən salmağa çox səy edərdi. Məhəmmədlü Abbasi çox hazırlıqlı bir gəncdi. O, Marksın “Manifest”ini almancadan tərcümə etmişdi. Halbuki Biriyanın dediyi sözləri digər ziyalılar onun özü haqqında söyləyirdilər. Bəli, Biriya məşhur şair oldu. Cənubi Azarbaycanda Milli hökumət yaradılanda o Maarif naziri vəzifəsinə qədər gəlib çıxdı. Təbrizdə qurduğu toy məclisinin söhbəti indi də danışılır.
Varlı qızına evlənən Biriya deyildiyinə görə, Məhəmmədlü Abbasini qısqanclıq üstündə döydürüb gözünü şikəst etdirmişdi.
Yadımdadır, Təbrizdə çəkilmiş bir neçə film-xronikaya baxmışam. Tribunada Pişəvəridən qabaqda döşünü qabağa verib bağıran Biriyanı görmüşəm. Biriya iki dəfə Bakıda olub. İlk dəfə gələndə ona gözəl şərait yaratmışdılar. Bu müharibə zamanı idi.
Cəbhədən hələ ki, könül açan xəbərlər gəlmirdi. Almanlar Mozdok ətrafında olan vaxtda Biriya atası ilə birlikdə bir xalı hədiyyə apararaq İran konsulluğuna pənah aparıb İrana göndərilmələrini xahiş etmişdilər.
İkinci gəlişi isə Cənubi Azərbaycanda milli hərəkat müvəqqəti yatırılanda oldu. Ölüm qorxusu altında o sərhədi aşıb bizə pənah gətirmişdi. Bu dəfə də Biriya üçün şərait yaradıldı. Lakin Biriya bu dəfə başqa bir dona girdi. Zənnimcə, o, şairlik yox, başqa bır vəzifə axtarırdı. Məsələn, Mərkəzi Komitə katibi, Nazirlər Soveti sədri (azı bir nazir) olmaq xəyalında idi. Axı Biriya burada hələlik də olsa, mühacir idi. Bu niyyəti baş tutmadıqda o, buradan başqa xarici ölkəyə köçürülməsini tələb edirdi.
Şaha və Məhəmməd əleyhüssəlama poemalarından küçələrdə parçalar oxuyurdu. Nəhayət, xəstəliyi o dərəcəyə gəlib çıxdı ki, başına əmmamə qoyub, əyninə göy qurşaqlı əba geyib Təzəpir məscidində fəaliyyətə başladı.
Mən bir münasibətlə Vilayigildəydim. Biriya da ora gəldi. Süfrəyə plov gətiriləndə Vilayidən arvadının hansı millətdən olduğunu soruşdu. Vilayinin həyat yoldaşının erməni qızı olduğunu bilən kimi söyüşlə süfrədən qalxdı. Namaz qılmaq üçün bu binada müsəlman evi axtardı. Dünyagörüşü dumanlı, iradəsi zəif şair Biriyanın aqibəti belə oldu”.
Bölməyə aid digər xəbərlər

Dünən, 17:11
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
Dünən, 12:37
Sabahın hava proqnozu açıqlanıb
Dünən, 12:14
Xaçmazda 34 yaşlı şəxs güllələnib
Dünən, 10:46
Su anbarında meyit tapılıb
Dünən, 09:40
Gəncədə 25 yaşlı gənc toyda bıçaqlanıb
17-10-2025, 19:38
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
17-10-2025, 18:02
DİN-də kollegiya iclası keçirilib
17-10-2025, 16:57
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
17-10-2025, 14:09
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
17-10-2025, 12:50
Sabah yağış yağacaq - Proqnoz
17-10-2025, 12:05
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
17-10-2025, 10:26
Xidmət: "Yağışlı hava davam edəcək"
17-10-2025, 09:56
Ekspert: "Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələm"i qırılıb"
17-10-2025, 08:47
Robot köpəklər Çinin küçələrində patrulluq edirlər
17-10-2025, 08:05
3D-bioprinter tibb aləmində yenilik olacaq
16-10-2025, 18:01
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
16-10-2025, 17:09
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16-10-2025, 16:25
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb
16-10-2025, 12:38
Sabah yağış yağacaq - Proqnoz
16-10-2025, 12:29
"QHT işi" üzrə həbs olunan şəxsin məhkəməsi başlayır
16-10-2025, 11:37
Yasamalda iki nəfər güllələnib - (Yenilənib)
16-10-2025, 10:32
Balaxanıda sursat aşkarlanıb
16-10-2025, 09:45
Sosialist əməyi qəhrəmanı 86 yaşında vəfat edib
15-10-2025, 18:10
Azərbaycanlı və rusiyalı alimlər dərinlikdən gələn sirri açıblar - Foto
15-10-2025, 17:02
Növbəti iki gündə bəzi rayonlara sulu qar yağacaq - Xəbərdarlıq
15-10-2025, 16:48
Bəzi dairə seçki komissiyalarının tərkibi dəyişib
15-10-2025, 15:48
DTX və DSX sərhəddə əməliyyat keçirib - Foto
15-10-2025, 14:58
Zərdabda qəsdən yanğın törədən şəxs cərimələnib
15-10-2025, 13:04
Sabah yağış yağacaq
15-10-2025, 12:15
Azərbaycana yenə PUA ilə narkotik gətirmək istəyiblər
15-10-2025, 12:13
TƏBİB xarici vətəndaşlara da xidmət göstərəcək
15-10-2025, 10:09
Qərbi azərbaycanlılarla bağlı tədbir keçirilib - Fotolar
15-10-2025, 09:38
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb
15-10-2025, 08:49
Sümükləri tapılan mamontun 45 min il yaşı var - Fotolar
14-10-2025, 18:01
Sabiq icra başçısı vəfat edib
14-10-2025, 14:02
İrandan PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
14-10-2025, 12:43
“Tarqovı”da qanunsuz fotoqraflıq edən gənc həbs olunub
14-10-2025, 12:19
Sabah yağış yağacaq - Proqnoz
14-10-2025, 11:24
İlkin Süleymanovun məhkəməsi təxirə salınıb
14-10-2025, 10:46
Dövlət hesabına 62 xarici tələbə ölkəmizdə təhsil alacaq
14-10-2025, 09:09
Daha bir QHT sədrinə cinayət işi açılıb
14-10-2025, 09:00
Pişiklərin ən çox sevildiyi ölkələrin adı açıqlanıb - Siyahı
13-10-2025, 17:57
Konstitusiya Məhkəməsi Baş Prokurorluğun sorğusuna baxacaq
13-10-2025, 17:31
Dövlət Komitəsi dəbdəbəli ziyafətə 200 min xərcləyəcək
13-10-2025, 16:32
Xəzərin Xaçmaz sahillərində suiti cəsədləri tapılıb