Ermənistan ordusu Goranboyun Səfikürd kəndini iriçaplı silahlardan atəşə tutub
Tarix: 01-10-2020 15:00 | Bölmə: Cəmiyyət
Ermənistan ordusu Goranboyun Səfikürd kəndini iriçaplı silahlardan atəşə tutub

Bu gün səhər saatlarından Ermənistan ordusu Goranboyun daha bir yaşayış məntəqəsini – Səfikürd kəndini iriçaplı silahlardan atəşə tutub.

Xəbərə görə, nəticədə kənd sakini Həqiqət Cəfərnicatinin və Vidadi Yusifovun evlərinə raket mərmisi düşüb. Evlərdən biri tamamilə dağılıb, digəri isə yarasız vəziyyətə düşüb.

Səfikürd kənd orta məktəbi və kənd icra nümayəndəliyinin binası da zərər görüb/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}