Baş Prokuror: “Atəşkəs dövründə Azərbaycanın 398 hərbçisi, 31 mülki şəxsi həlak olub”
Tarix: 03-10-2020 16:32 | Bölmə: Cəmiyyət
Baş Prokuror: “Atəşkəs dövründə Azərbaycanın 398 hərbçisi, 31 mülki şəxsi həlak olub”

“Ermənistan tərəfi heç vaxt atəşkəs rejiminə riayət etməyib, onlar hər zaman mülki şəxslərə və hərbçilərimizə qarşı cinayətlər törədib”.

Reyting.az
xəbər verir ki, bunu Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, atəşkəs imzalanandan - 1994-cü il may ayının 12-dən indiyə qədər 398 Azərbaycan hərbçisi, 31 mülki şəxs öldürülüb: “Beləliklə, atəşkəs dövründə ümumilikdə 429 nəfər Azərbaycan vətəndaşı qətlə yetirilib”.

K. Əliyev atəşkəs imzalandıqdan indiyə qədər 1038 hərbiçinin, 69 mülki şəxs yaralandığını, bu rəqəmin ümumilikdə 1107 olduğunu açıqlayıb: “Bütün bu faktlarla bağlı prokurorluq orqanları tərəfindən müvafiq cinayət işləri başlanılıb”.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər