İşğal olunmuş ərazilərimizdə qanunsuzluq edən 12 nəfər beynəlxalq axtarışa verilib
Tarix: 03-10-2020 17:01 | Bölmə: Cəmiyyət
İşğal olunmuş ərazilərimizdə qanunsuzluq edən 12 nəfər beynəlxalq axtarışa verilib

“Ermənistan təkcə cəbhədə təxribatlarla məşğul deyil, eyni zamanda Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və digər ərazilərində Azərbaycanın təbii sərvətlərini talamaqla məşğuldur”.

Bunu Ermənistan Silahlı Qüvvələrinin təcavüzü nəticəsində Azərbaycanın mülki əhalisinə qarşı törədilmiş cinayətlərlə bağlı brifinqdə Baş prokuror Kamran Əliyev deyib.

K. Əliyev bildirib ki, ermənilər Avropada və digər ölkələrdə yaşayan erməni əsilli vətəndaşları, erməni iş adamlarını Ermənistana dəvət edib, Ermənistandan isə Azərbaycanın işğal altında olan ərazilərinə gətirib, orada qanunsuz iqtisadi fəaliyyətlə məşğul olublar: “1994-cü ildən bu günə qədər bu fəaliyyət davam etdirilir. Bununla bağlı 6 şirkət üzrə 12 nəfər beynəlxalq axtarışa verilib”.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər