Bəzi şəhər və rayonlarda ictimai nəqliyyat işləməyəcək
Tarix: 17-10-2020 00:31 | Bölmə: Cəmiyyət
Bəzi şəhər və rayonlarda ictimai nəqliyyat  işləməyəcək

Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyat həftəsonu işləməyəcək.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən, 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılır.

Bundan başqa, “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərara edilmiş dəyişikliyə əsasən, Gəncə, Yevlax, Mingəçevir, Lənkəran, Şəki, Şirvan şəhərlərində və Göygöl, Samux, Sabirabad, Quba rayonlarında da 17 oktyabr saat 00:00-dan 19 oktyabr saat 06:00-dək ictimai nəqliyyat işləməyəcək.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}