Bakı Nəqliyyat Agentliyi ehtiyat avtobusları xəttə buraxıb
Tarix: 20-10-2020 18:00 | Bölmə: Cəmiyyət
Bakı Nəqliyyat Agentliyi ehtiyat avtobusları xəttə buraxıb

Axşam pik saatlarında sərnişin tələbatının qarşılanması üçün şəhərin müxtəlif ərazilərində ehtiyat avtobuslar cəlb olunub.

Reyting.az
xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev məlumat verib.

M.Ağayev bildirib ki, ehtiyat avtobuslar zərurət olduqca daşımalara cəlb olunacaq:

"Ümumilikdə 100 ədədə yaxın ehtiyat avtobus cəlb olunub.

Avtobuslarla daşımaların əhəmiyyətini nəzərə alaraq Mərkəzləşdirilmiş Vahid Dispetçer Mərkəzi ərazidə çalışan mobil qruplarla birgə çalışır. Lakin bir daha qeyd edirik ki, avtobusların vaxtında təyinat yerinə çatması üçün onların maneəsiz hərəkəti olduqca zəruridir. Bunu nəzərə alaraq fərdi avtomobil sürücülərindən avtobusların hərəkət üstünlüyünə anlayışla yanaşmalarını xahiş edirik".




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər