Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq
Tarix: 23-10-2020 09:26 | Bölmə: Cəmiyyət
Bakıda gücləndirilmiş dezinfeksiya işləri aparılacaq

Son günlərdə COVID-19-a yoluxanların sayının artması nəzərə alınaraq oktyabr ayının 24-də və 25-də kommunal xidmətlərin xüsusi texnikası və əməkdaşları tərəfindən Bakı şəhəri üzrə əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Bu barədə Reyting.az-a paytaxtın kommunal strukturlarından məlumat verilib.

Bununla əlaqədar maddələrin qəbul olunmuş müəyyən toksikliyini nəzərə alaraq sakinlərdən ciddi zərurət yaranmadığı təqdirdə qeyd olunan tarixlərdə küçəyə çıxmamaq xahiş olunur.




Bölməyə aid digər xəbərlər