13:27 / 16-09-2025
Sabah yağış yağacaq
Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə yeni hüquqlar verilib
Tarix: 25-11-2020 17:51 | Bölmə: Cəmiyyət
Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə yeni hüquqlar verilib

Ədliyyə Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat”da dəyişikliklər edib.

Məlumata görə, ekspertlərin hüquqları sırasına məhkəmə iclasının protokolunun müvafiq hissəsi ilə bərabər protokola əlavə edilmiş audioyazının müvafiq hissəsi ilə tanış olmaq hüququ verilib.

Eyni zamanda vəsatət və prosessual qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ekspert tərəfindən tərtib edilən digər sənədlər “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrə həmin sistem vasitəsilə göndərilə biləcək/APA.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:27 Sabah yağış yağacaq
14-09-2025, 13:22 Sabah yağış yağacaq
12-09-2025, 12:53 Sabah yağış yağacaq