Qızları Ağdamda Milli Qəhrəmanın məzarını ziyarət edib - Video
Tarix: 27-11-2020 11:22 | Bölmə: Cəmiyyət
Qızları Ağdamda Milli Qəhrəmanın məzarını ziyarət edib

Azərbaycanın Milli Qəhrəmanı, şəhid Allahverdi Bağırovun hərbçi qızları işğaldan azad edilən Ağdamda atalarının məzarını ziyarət ediblər.

Qeyd edək ki, A. Bağırovun qızları Dövlət Sərhəd Xidmətinin (DSX) zabitidir.

DSX-nın Tibb xidməti kapitanı Aynur Bağırova deyib ki, atası Allahverdi Bağırovun 27 il öncə şəhadətə qovuşduğu Ağdam torpağına yenidən qayıdışına görə çox xoşbəxtdir: “Bu qələbə sevincini bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və müzəffər Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Əminəm ki, 27 ildən sonra işğaldan azad edilmiş Ağdama gəlişimizlə atamın və digər şəhidlərimizin nigaran ruhları bu gün rahatlıq tapacaq”.

Allahverdi Bağırovun digər qızı, polkovnik-leytenant Zümrüd Bağırova bildirib ki, atasının məzarını sonuncu dəfə 6 yaşında ziyarət etmişdi:

“Qürurverici hissdir ki, mən atamın yolunu davam etdirərək sərhədçi zabit kimi öz torpaqlarımıza qədəm basmışam. Doğma torpaqlarımızı bizə qaytardığı üçün Azərbaycan Respublikasının Prezidenti, cənab Ali Baş Komandan İlham Əliyevə və qəhrəman döyüşçülərimizə öz dərin təşəkkürümü bildirirəm. Torpağımız uğrunda şəhid olmuş bütün qəhrəmanlarımızın və atamın ruhu qarşısında baş əyirəm”.

Onu da qeyd edək ki, A. Bağırov 1992-ci ilin 14 iyununda şəhid olub və Ağdamın Şəhidlər Xiyabanında dəfn edilib.

Ziyarətin videosunu təqdim edirik:





Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}