Baş Prokurorluq traktorun minaya düşməsi ilə bağlı məlumat yayıb
Tarix: 28-01-2021 16:55 | Bölmə: Cəmiyyət
Baş Prokurorluq traktorun minaya düşməsi ilə bağlı məlumat yayıb

28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı, 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlayarkən tank əleyhinə minaya düşüb. Nəticədə E. Ələkbərov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Hazırda faktla bağlı Tərtər rayon Prokurorluğunda araşdırma aparılır.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}