Vilayət Eyvazov təqaüdə göndərdiyi rəislərə “Fəxri fərman” verib -Fotolar
Tarix: 04-02-2021 16:57 | Bölmə: Cəmiyyət
Vilayət Eyvazov təqaüdə göndərdiyi rəislərə “Fəxri fərman” verib

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov xidmətdə olmalarının son yaş həddi ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin sabiq rəisi, polis polkovniki Rahib Qarayev və Tovuz Rayon Polis Şöbəsinin keçmiş rəisi polis polkovniki Şirzad Əsgərovu ayrı-ayrılıqda qəbul edib.

Reyting.az
DİN-ə istinadla xəbər verir ki, yolasalma mərasimində nazir uzun illər daxili işlər orqanlarında çalışmış və cinayətkarlıqla mübarizəyə həsr etmiş polkovniklərin peşəkar polis zabitləri kimi gənclərə örnək bir yol keçdiklərini diqqətə çatdırıb.

V.Eyvazov uzun illər qüsursuz xidmətlərinə görə təltif olunduqları DİN-in “Fəxri fərmanı”nı onlara təqdim edib.






Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq