Birinci siniflərə şagird qəbuluna start verilir
Tarix: 20-04-2021 11:30 | Bölmə: Cəmiyyət
Birinci siniflərə şagird qəbuluna start verilir

Aprelin 27-dən 2021-2022-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start veriləcək.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az My Webpage elektron portalı vasitəsilə aparılacaq.

I sinfə şagird qəbulu üçün valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin onlayn qeydiyyatına aprelin 27-dən, məktəb seçimi prosesinə isə aprelin 29-dan başlanılacaq.

Birinci sinfə qəbulla bağlı elektron qeydiyyat prosesi 14 sentyabr 2021-ci il tarixində başa çatacaq.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}