12:42 / 19-05-2025
Keçmiş məmura hökm oxunub
Nazirlik rəsmisi: "İstedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu nəzərdə tutulmayıb"
Tarix: 20-04-2021 13:02 | Bölmə: Cəmiyyət
Nazirlik rəsmisi: "İstedadlı uşaqların vaxtından əvvəl I sinfə qəbulu nəzərdə tutulmayıb"

"Qanunvericilikdə xüsusi istedadlı uşaqların vaxtından əvvəl birinci sinfə qəbulu ilə bağlı müddəa yoxdur. Birinci sinifə qəbul adi qaydada aparılır. Təqvim ili ərzində 6 yaşı bitən uşaqların I sinfə qəbul üçün proqram təminatı üzrə sorğu verilə bilər".

Bunu Təhsil Nazirliyinin Ümumi təhsilin təşkili və idarəolunması şöbəsinin əməkdaşı Elçin Kərimov 2021-2022-ci tədris ili üzrə birinci sinfə qəbulla bağlı danışarkən deyib.

"Təqvim ili ərzində 8 yaşını tamamlamış uşaqlar da I sinfə qəbul oluna bilərlər. Əgər uşaqğın yaşı 8-dən yuxarıdırsa, o halda uzunmüddət təhsildən kənarada qalan şəxslər üzrə fərdi təhsil üzrə I sinfə qəbul edilir, - o bildirib.

Onun sözlərinə görə, ibtidai sinif şagirdlərinin sinifdə saxlanılmasına yol verilmir: "Əgər bu, uzun müddətli xəstəlik səbəbindən olarsa, müvafiq səhiyyə orqanı tərəfindən təsdiqlənmiş sənədə baxıla bilər. Bu zaman həmin uşağın evdə təhsilə cəlb olunması məsələsinin müzakirəyə çıxarılmaıs mümkündür"/Report.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq