“YAŞAT” Fondu 6 minə yaxın şəxslə bağlı öhdəlik götürüb
Tarix: 23-04-2021 12:34 | Bölmə: Cəmiyyət
“YAŞAT” Fondu 6 minə yaxın şəxslə bağlı öhdəlik götürüb

Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) ağır yaralanan qazilərimizin səhhətinin bərpası ilə bağlı tədbirləri davam etdirir.

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin məlumatına görə, bu günə kimi 5 818 şəxslə bağlı öhdəlik götürülüb.

Eyni zamanda, bugünədək 2 881 şəhid ailəsi ziyarət olunub. Bundan başqa, 2 775 yaralının müraciəti qeydə alınıb. Ümumilikdə, ziyarət olunan şəhid ailəsi üzvləri və yaralıların sayı 14 280-dür.

Reyting.az




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}