İTV-nin adından fırıldaqçılıq edən şəxslər iş başında saxlanılıb
Tarix: 25-04-2021 13:08 | Bölmə: Cəmiyyət
İTV-nin adından fırıldaqçılıq edən şəxslər iş başında saxlanılıb

Cənub bölgəsində İTV adından fırıldaqçılıq edən şəxslər iş başında yaxalanıb.

Reyting.az
Report-a istinadla xəbər verir ki, onları Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları İTV-nin bölgə müxbirinin müraciəti əsasında saxlayıb.

Saxlanılan iki şəxs özlərini İctimai Televiziyanın əməkdaşları kimi təqdim edərək dükanları, tikinti materillarının satışı mağazalarını, iaşə obyektlərini özlərinin qanunsuz gəlir mənbələrinə çeviriblər. Fırıldaqçılar həmin obyektlərdə qanunsuzluqların olduğunu iddia edərək, pul tələb ediblər, əks təqdirdə isə obyekt sahiblərini şantajla hədələyiblər.

Saxlanılan şəxslər son bir həftə ərzində Lənkəran, Cəlilabad və Biləsuvar rayonlarında silsilə dələduzluq əməlləri törədiblər. Araşdırma zamanı saxlanılan “jurnalist”lərdən birinin Ağcabədi rayon sakini İlahə Mikayılova olması məlum olub.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:57 Sabah yağış yağacaq
13-05-2024, 12:57 Sabah yağış yağacaq

{sape_links}{sape_article}