Prokurorluq icra başçısının birinci müavininin məsuliyyətə cəlb olunmasını tələb edir
Tarix: 04-05-2021 15:53 | Bölmə: Cəmiyyət
Prokurorluq icra başçısının birinci müavininin məsuliyyətə cəlb olunmasını tələb edir

Səbail Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluqdan Reyting.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Səbail RİHB-nin birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı şəhər poliklinikasının vəzifəli şəxslərinə zəng edib “COVİD-19” xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib:

"Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanunun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanunun 23-cü maddəsinə əsasən Səbail Rayon İcra Hakimiyyətinə müvafiq təqdimat verilmişdir".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}