16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Koronavirusa yoluxan kafedra müdiri vəfat edib
Tarix: 04-05-2021 15:59 | Bölmə: Cəmiyyət
Koronavirusa yoluxan kafedra müdiri vəfat edib

Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri Baba Qasımov vəfat edib.

Reyting.az
xəbər verir ki, koronavirusa yoluxan B.Qasımov 70 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, B.Qasımov 1951-ci ildə Ağdamda anadan olub. 1969-cu ildə Bakı şəhərinin 174 saylı orta məktəbini bitirərək həmin ildə Bakı Dövlət Universitetinin fizika fakültəsinə qəbuı olub. 1972-ci ildə təhsilini davam etdirmək üçün Moskva Dövlət Universitetinə keçib. Həmin universiteti fərqlənmə diplomu ilə bitirib.

1980-ci ildə BDU-da kiçik elmi işçi vəzifəsində işə başlayıb. 1984-cü ildən böyük elmi işçi, 1988-ci ildən aparıcı elmi işçi vəzifələrində çalışıb. 1993-cü ildə BDU-dan Təhsil Nazirliyində Elm İdarəsinin rəis müavini və Analiz və Proqnoz şöbəsinin rəisi vəzifələrində də çalışıb.

2016-cı ildən isə Bakı Mühəndislik Universitetində adıçəkilən kafedranın müdiri kimi işləyib.

Allah rəhmət eləsin!




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}