Emin Əmrullayev: "Bu tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək"
Tarix: 05-05-2021 13:31 | Bölmə: Cəmiyyət
Emin Əmrullayev: "Bu tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək"

"Prezidentin müvafiq tapşırığı əsasında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara dəyişiklik edildi. 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək".

Reyting.az
xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev feysbuk səhifəsində yazıb.

O bildirib ki, bu məqsədilə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur: "2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15 209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15 900 nəfərin təhsil haqqı ödənilib. 2020-ci ildə ümumilikdə 20 800 tələbə bu imkandan yararlanıb".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}