Təhsil ekspert: “Yeni qərar tələbələr arasında rəqabəti artıracaq”
Tarix: 05-05-2021 17:40 | Bölmə: Cəmiyyət
Təhsil ekspert: “Yeni qərar tələbələr arasında rəqabəti artıracaq”

“Nazirlər Kabineti tələbələrə təqaüdlərin verilmə qaydalarında dəyişiklik edib”.

Bu barədə Reyting.az-a təhsil üzrə ekspert Kamran Əsədov deyib. O bildirib ki, bu, vaxtında atılmış addımdır:

“İndiyə kimi istər ali təhsil müəssisələrinin bakalavr, istərsə də magistratura pilləsinə təkcə Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahan nəticələri ilə deyil, eyni zamanda beynəlxalq yarış və olimpiadaların qalibləri müsabiqədənkənar ödənişsiz ixtisaslara qəbul olunurdular. Amma onlar ödənişsiz qəbul olunsalar belə təqaüd almırdılar. Çünki onların minumum bal tələbləri əsas götürülürdü. Buna görə də beynəlxalq yarışların qalibləri həmin ixtisas üzrə qəbul olmalarına baxmayaraq təqaüd almırdılar. Nazirlər Kabineti tərəfindən edilmiş dəyişikliyə əsasən, bundan sonra müsabiqədənkənar ali təhsil müəssisəsinə qəbul olmuş şəxslər qəbul jurnalında adları çıxdıqdan, tələbə statusu aldıqdan sonra eyni zamanda təqaüd də alacaqlar”.

Ekspert vurğulayıb ki, bu, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılmış müsbət addımdır:

“İkinci dəyişiklik magistratura pilləsində təhsil alanların təqaüd məsələsidir. Çünki indiyə qədər onların topladığı bal 150 ballıq şkala ilə həyata keçirilirdi. Bilirik ki, artıq DİM magistratura imtahanlarında maksimum balı 100 edib. İndi edilən dəyişikliyə görə, magistratura pilləsində iki istiqamətdə təqaüd olacaq. Biri əlaçı təqaüdüdür, 91-dən yuxarı bal toplayanlar bu təqaüdü alacaqlar. Digəri isə adi təqaüddür, bu da rəqabət mühitini yaradacaq. Bu da onların keyfiyyətini artıracaq. Edilən dəyişikliyin mahiyyəti bundan ibarətdir ki, indi artıq 91 baldan yuxarı toplayanlar əlaçı, digərləri isə adi təqaüd alacaqlar”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}