3 tanınmış vəkillə bağlı qərar verilib
Tarix: 05-05-2021 18:37 | Bölmə: Cəmiyyət
3 tanınmış vəkillə bağlı qərar verilib

Bu gün Vəkillər Kollegiyasının (VK) Rəyasət Heyətinin videokonfrans formatında növbəti iclası keçirilib.

Reyting.az
VK-ya istinadla bildirir ki, iclası giriş sözü ilə açan Kollegiyanın sədri Anar Bağırov Kollegiyanın cari fəaliyyəti barədə, vəkillərin fəaliyyətinin yaxşılaşdırılması məqsədilə vəkil qurumlarının maddi-texniki bazasının gücləndirilməsi, tikinti-təmir işlərinin aparılması ilə əlaqəli görülən işlər barədə məlumat verib, bəzi məsələlər müzakirə edilib.

Rəyasət Heyətinin iclasında vəkillərin başqa vəkil qurumuna keçmək, üzvlük haqqından azad edilmə ilə bağlı məsələlərə baxılıb və müsbət qərar verilib.

O cümlədən, iclasda “COVID-19” virusuna yoluxan, xəstəlikdən əziyyət çəkən və Kollegiyaya müraciət edən vəkillərin müraciətlərinə baxılıb, onlara pul formasında maddi dəstəyin verilməsi barədə müvafiq qərarlar qəbul olunub.

İclasda, həmçinin Ramazan bayramı ərəfəsində humanizm prinsipi rəhbər tutularaq İradə Cavadova, Şəhla Hümbətova və Türkel Süleymanlının vəkillik fəaliyyətinin dayandırılaraq Vəkillər Kollegiyasının üzvlüyündən xaric olunma barədə məhkəməyə edilən iddialardan imtina olunaraq fəaliyyətlərinin bərpası ilə bağlı qərar qəbul edilib.

Bundan başqa, iclas çərçivəsində bir sıra intizam məsələlərinə baxılaraq müvafiq qərarlar verilib.

Sonda VK-nın fəaliyyəti ilə əlaqədar əhəmiyyət kəsb edən sair məsələlərə baxılaraq, müvafiq qərarlar qəbul olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}