Şöbə müdirindən 30 nəfərdən pul alan direktorla bağlı açıqlama: "Araşdırma aparılır" - Video
Tarix: 06-05-2021 16:18 | Bölmə: Cəmiyyət
Şöbə müdirindən 30 nəfərdən pul alan direktorla bağlı açıqlama: "Araşdırma aparılır"

Abşeron rayonu Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin direktoru rüşvətxorluqda ittiham edilir. Məktəbin direktoru Samirə Əkbərovanın 30 nəfərdən işə düzəlmək adı ilə külli miqdarda rüşvət aldığı iddia olunur.

Reyting.az
Sonxeber.az-a istinadən xəbər verir ki, Xezer telekanalında yayımlanan "Səhər mərkəzi" verilişinə canlı bağlantı ilə qoşulan Abşeron rayon Təhsil idarəsinin müdiri Nazilə Məmmədova bildirib ki, "Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin direktoru vətəndaşlardan pul almış və geri qaytarılmamışdır. Bununla bağlı həm Təhsil Nazirliyinə həm də şöbəyə şikayətlər daxil olmuşdur. Təhsil Nazirliyi tərəfindən araşdırılma aparılmışdır. Həmin araşdırılma artıq yekunlaşıb. Son qərarlar veriləcəkdir".

Qeyd edək ki, Samirə Əkbərova 2018-ci ildən direktor kimi fəaliyyət göstərir.





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}