16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
11:52 / 19-04-2024
BDU tələbəsi intihar edib
Həkim: “İkinci dəfə koronavirusa yoluxanlar xəstəliyi daha ağır keçirə bilər”
Tarix: 07-05-2021 19:18 | Bölmə: Cəmiyyət
Həkim: “İkinci dəfə koronavirusa yoluxanlar xəstəliyi daha ağır keçirə bilər”

“COVID-19 xəstəliyini keçirən insanlarda adətən arxayınlıq yaranır ki, bir daha bu xəstəliyə yoluxmayacaqlar. Təəssüflər olsun ki, bu, belə deyil. İnsanların ikinci dəfə koronavirusa yoluxma halları qeydə alınıb”.

Reyting.az
xəbər verir ki, bunu Mərkəzi Gömrük Hospitalının Təcili tibbi yardım şöbəsinin rəisi Rəna Qasımova deyib.

R. Qasımova bildirib ki, COVID infeksiyasına yoluxmuş insanlarda xəstəlik zamanı yaranan anticisimlərin qoruyuculuq müddəti müvəqqətidir. Birinci dəfə yoluxduqdan sonra əmələ gəlmiş bu anticisimlər bir müddət sonra neqativləşir, başqa sözlə, qoruyuculuq qabiliyyətini itirir və insan təkrar koronavirusa yoluxa bilir:

“Peyvənd vurduran insanlar da arxayınlaşmamalı, tələb olunan gigiyenik qaydalara ciddi riayət etməlidirlər: tibbi maska taxılmalı, əllər tez-tez yuyulmalı və yaxud spirtlə silinməli, ara məsafə saxlanmalıdır, insanların sıx olduğu kütləvi tədbirlərdə mümkün qədər iştirak etməmək zəruridir.

İkinci dəfə yoluxan insanlar bu xəstəliyi daha ağır və ya daha yüngül formada keçirə bilərlər. Bu zaman onlar yenə də infeksiya mənbəyi kimi ətraflarında olan insanlar, xüsusilə də yaşlı və əvvəllər koronavirusa yoluxmamış insanlar üçün təhlükə yaradırlar”.

Həkim qeyd edib ki, bu vaxta qədər COVID-19 xəstəliyinə qarşı mübarizədə ən etibarlı vasitə vaksinasiya hesab olunur:

“Bununla bərabər, insanın güclü immun sistemi də orqanizmin koronavirusla mübarizəsində mühüm rol oynayır. Ona görə də, peyvənd vurdurmaq və gigiyenik qaydalara ciddi riayət etməklə yanaşı, immuniteti möhkəmləndirmək üçün sağlam və aktiv həyat tərzi keçirmək, düzgün qidalanmaq lazımdır”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}