16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Təhsil naziri: "Güzəştin də bir qaydası olmalıdır"
Tarix: 08-05-2021 17:24 | Bölmə: Cəmiyyət
Təhsil naziri: "Güzəştin də bir qaydası olmalıdır"

“Təhsil Nazirliyinin keçirdiyi istənilən müsabiqədə vətəndaşlar imtiyaz, güzəşt istəyir. Bu, digər imtahanlarda da belədir”.

Bunu təhsil naziri Emin Əmrullayev “Facebook” səhifəsindəki canlı yayımda bildirib.

Onun sözlərinə görə, imtahanlar asanlaşırsa, bu, artıq güzəşt olmur, imtahanın nəticəsini aşağı salmaq sayılır: “Müsabiqədən kənar kiməsə güzəşt edilirsə, burada eyni qrupdan olan hər kəsə edilməlidir ki, ədalətli olsun. Çox uzun müddət imtahanlarla məşğul olan biri kimi deyim ki, bu, kifayət qədər ağrılı prosesdir. Güzəştin də bir qaydası olmalıdır. İmtiyazlara gəldikdə isə, bir qrup adama artıq imtiyaz tanıyırıq. Məsələn, müəllimlikdən kənar olan bütün işlərə son aylarda şəhid ailələrindən olan vətəndaşları qəbul edirik. Yaxud yerdəyişmə prosesində müəyyən təbəqədən olan şəxslərə imtiyazlar tanınır, amma bunun da bir əmsalı var”/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}