İcra başçısı özünə yeni müavin təyin edib
Tarix: 08-05-2021 22:10 | Bölmə: Cəmiyyət
İcra başçısı özünə yeni müavin təyin edib

Neftçala Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Məlumata görə, İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinə yeni müdir təyin edilib.

Bu vəzifəyə Burcalı Əlican oğlu Ağayev təyin olunub.

Qeyd edək ki, Burcalı Ağayev 1979-cu ildə Neftçala şəhərində anadan olub. O, bundan əvvəl İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsində çalışıb.

2005-2012-ci illərdə rayonun Kürkənd kənd inzibati ərazi nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb/Report.




Bölməyə aid digər xəbərlər
Dünən, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}