Bakıdan Zaqatalaya gedən mikroavtobus qəzaya uğrayıb - Fotolar
Tarix: 09-05-2021 19:50 | Bölmə: Cəmiyyət
Bakıdan Zaqatalaya gedən mikroavtobus qəzaya uğrayıb

Bakıdan Zaqatalaya gedən “Mersedes Bens VİTO” markalı mikroavtobus qəzaya uğrayıb.

Reyting.az
xəbər verir ki, hadisə bu gün saat 16 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu ərazisindən keçən hissəsində baş verib.

Zaqatala rayon sakini, Şahin Əflatun oğlu Əlixanovun idarə etdiyi “Mersedes Bens VİTO ” markalı, 99 SC 071 dövlət nömrə mikroavtobus ilə Bakıdan Zaqatala rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək aşıb. Qəza baş verən zaman avtomobildə sürücü və 5 sərnişin olub.

Xəsarət alan şəxslər Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət ediblər.

Faktla bağlı araşdırma aparılır.(apa)





Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}