18 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanılır
Tarix: 10-05-2021 09:44 | Bölmə: Cəmiyyət
18 yaşdan yuxarı şəxslərin peyvəndlənməsinə başlanılır

Bu gündən Azərbaycanda 18 yaşdan yuxarı şəxslərin COVID-19 əleyhinə peyvəndlənməsinə başlanılır.

Peyvənd olunmaq istəyənlər randevu.its.gov.az saytında qeydiyyatdan keçməlidirlər. Randevu sistemi “Sinovac” vaksini üçün yaşı 40 və daha yuxarı, “Vaxzevria” vaksini üçün yaşı 60 və daha yuxarı olan, həmçinin son 6 ay ərzində COVID-19 analiz nəticəsi pozitiv olmayan vətəndaşlar üçün nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycanda koronavirus əleyhinə peyvəndlənməyə yanvarın 18-dən başlanılıb. İndiyə kimi əhalinin 10 faizi peyvənd olunub.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}