16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tezliklə daha bir neçə erməni əsiri geri qaytarıla bilər
Tarix: 10-05-2021 23:31 | Bölmə: Cəmiyyət
Tezliklə daha bir neçə erməni əsiri geri qaytarıla bilər

“Bakı tezliklə daha bir neçə erməni əsiri geri qaytara bilər”.

Reyting.az
Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, bunu “Çiçəklənən Ermənistan” fraksiyasının deputatı Naira Zohrabyan jurnalistlərə açıqlamasında deyib.

“Bakının tezliklə daha bir neçə erməni əsirini geri qaytaracağına dair ehtiyatlı bir nikbinlik var”.

Erməni deputat Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) rəsmi Bakının məhkumlar barədə məlumat verməkdən imtina etməsi ilə əlaqədar Avropa Şurası Nazirlər Komitəsinə müraciət etdiyini və bunun 40 ildə ilk dəfə olduğunu vurğulayıb.

“Almaniya Xarici İşlər Nazirliyinin başçısı (indi Avropa Şurasının Nazirlər Şurasına rəhbərlik edən Almaniyadır – red.) bu məsələnin sanksiyaların tətbiqi də daxil olmaqla, həll edilməsi üçün hər şey ediləcəyini söyləyib. Sanksiyalar Bakının səsvermə hüququndan məhrum edilməsi şəklində ola bilər. Bunun mümkün olduğunu düşünürəm. Azərbaycanı Avropa strukturlarına üzv olmaqdan məhrum etmə variantının ehtimalı azdır”.

N. Zohrabyan əlavə edib ki, Azərbaycan tərəfinin minalanmış ərazilərin xəritələrinə dair şifahi hücumlarına cavab olaraq, “məhbuslarla bağlı manipulyasiyanın qəbuledilməz olduğu onlara başa salınıb”, - deyib.

"Mən öz tərəfimdən məhkumların valideynlərindən Almaniya hökumətinə ünvanlanan məktubları Almaniyanın kansleri Angela Merkelə təhvil verdim".

Məhbusların geri qayıtma vaxtına gəlincə, avropalı həmkarlar, millət vəkilinin izah etdiyi kimi, azərbaycanlılar bunun Ermənistandakı seçkiqabağı dövrə təsadüf edəcəyini bildiriblər.

“Bu, Ərdoğan və Əliyevin Paşinyana verdikləri açıq dəstəkdən irəli gəlir. Ermənistanın hazırkı rəhbərləri, istəsələr də, erməni əsirlərinin qaytarılması məsələsini həll edə bilmirlər, çünki bir siyasi aksioma var: itirən hökumət təsirli danışıqlar apara bilməz”.

Zohrabyan, Ermənistanın yerinə Gürcüstan olsaydı, Avropa strukturlarının çoxdan bütün məhbusların geri qayıtmasına nail olacağına inandığını bildirib. "Biz Rusiyanın müttəfiqi olaraq, Avropanın sevimli ölkələri siyahısına daxil deyilik".




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}