12:56 / 15-10-2024
Sabah yağış yağacaq
12:47 / 15-10-2024
Əhalinin sayı açıqlanıb
Universitet rəhbərliyi maliyyə fırıldağında şübhəli bilinir - Hesabat
Tarix: 19-09-2017 14:36 | Bölmə: Cəmiyyət
Universitet rəhbərliyi maliyyə fırıldağında şübhəli bilinir

Azərbaycan Respublikası Hesablama Palatasının növbəti Kollegiya iclasında "Dövlət büdcəsindən Azərbaycan Dövlət İqtisad Universitetinə ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair” auditin nəticələri üzrə Hesabat müzakirə olunub.

Məlumata görə, Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülməsi sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borclarının uçotdan yayındırılmasını nəzərə alaraq qanunamüvafiq tədbirlərin görülməsi üçün müvafiq materialların Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə qərar qəbul edib. Həmin qərarın icrasını təmin etmək məqsədilə aidiyyəti dövlət qurumlarına təqdimatların göndərilməsi və audit tədbirinin nəticələri barədə məlumatın Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunması qərara alınıb.

İclasda, aparılmış audit tədbirlərinin nəticələri üzrə təqdimatların icra vəziyyəti barədə auditorların məlumatı dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Universitet rəhbərliyi maliyyə fırıldağında şübhəli bilinir




Bölməyə aid digər xəbərlər
Bu gün, 12:56 Sabah yağış yağacaq
Dünən, 13:03 Sabah leysan yağacaq
11-10-2024, 12:49 Sabah yağış yağacaq
10-10-2024, 12:47 Sabah yağış yağacaq

{sape_links}{sape_article}