Bacısı qızını boğaraq öldürən dayı tutulub
Tarix: 11-05-2021 18:14 | Bölmə: Cəmiyyət
Bacısı qızını boğaraq öldürən dayı tutulub

Mayın 9-da saat 7 radələrində Bığır kəndində yaşayan bir nəfər şəxsin guya dəm qazından ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Göyçay Rayon Prokurorluğundan Reyting.az-a verilən məlumata görə, istintaqla müəyyən edilib ki, rayon sakini Vüqar Bədəlov saat 6 radələrində evinə qonaq gələn bacısı qızı Fatma Məmmədovanı yatan zaman qısqanclıq zəminində yastıqla boğaraq öldürüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, Vüqar Bədəlov həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda istintaq aparılır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}