QMİ sədri dəfn və yas mərasimləri üçün müvafiq qaydada imkan yaradılmasını istəyir
Tarix: 13-05-2021 11:06 | Bölmə: Cəmiyyət
QMİ sədri dəfn və yas mərasimləri üçün müvafiq qaydada imkan yaradılmasını istəyir

“Mən məscidlərin açılması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargaha 3 dəfə müraciət etmişəm, son zamanlar da müraciətim olub. Müraciətimə də hörmətlə yanaşıblar və vəziyyəti mənə izah ediblər. Bununla bağlı müzakirələrimiz davam edir”.

Bunu bu gün Təzəpir məscidində bayram namazından sonra Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə bildirib.

A. Paşazadə deyib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə də müraciət edib: “Məscidlərin açılması həm də bizdən asılıdır. Biz Operativ Qərargahın qaydalarına düzgün riayət etsək, yəqin ki, məscidlərdə ibadətlərimiz də bərpa olunacaq”.

QMİ sədri qeyd edib ki, evdə də ibarət etmək olar: “Başqa dinlərlə nisbətən İslam dinində başqa yerlərdə namaz qılmaq, ibadət etmək olar. Ancaq xristian, yəhudi dinində gərək konkret yerlərdə ibadət edəsən. Ona görə də bu vəziyyət onlar üçün daha çətindir”.

Şeyxülislam nəzərə çatdırıb ki, pandemiya dövründə müsəlman din xadimləri İnternet vasitəsi ilə dindarlara şəriət məsələlərini çatdırıblar, dini təbliğat davam edib: “Ancaq bu gün evlənənlər evlənə, toy edə bilmir. Biz bu gün yaxınlarımızı istədiyimiz kimi mərasimlə dəfn edə bilmirik. Əlbəttə, mən ehsanların tərəfdarı deyiləm, amma dəfn və yas mərasimlərinin keçirilməsiüçün müvafiq qaydada imkan yaradılmasını istərdik. Dövr, həyat bizə məhdudiyyətlər qoyub. Biz nə qədər Operativ Qərargahın qaydalarına riayət etsək, məscidlər, məbədlər o qədər tez açılacaq, toylar olacaq”/APA.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}