Bu ixtisaslar üzrə qiymətləndirmə həyata keçiriləcək - Siyahı
Tarix: 16-05-2021 13:43 | Bölmə: Cəmiyyət
Bu ixtisaslar üzrə qiymətləndirmə həyata keçiriləcək

Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Mobil telefonların təmiri ustası”, “Qənnadçı-şirniyyatçı”, “Bərbər” və “Plastik boru qaynaqçısı” ixtisasları üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlar üçün təhsil sənədi əldə etmək imkanı təqdim edib.

Agentlikdən verilən məlumata görə,sözügedən ixtisaslar üzrə müxtəlif kurslarda, dərnəklərdə, fərdi məşğələlərdə təlim keçmiş və ya usta yanında, özünütəhsil yolu ilə biliklərə yiyələnmiş mobil telefon ustaları, qənnadçı-şirniyyatçılar, saç ustaları və qaynaqçılar səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilərlər.

Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edər'kqeydiyyatdan keçməlidirlər.

Qeyd edək ki, qiymətləndirmə nəticəsi müsbət yekunlaşan müraciətçiyə müvafiq modul üzrə sertifikat, peşə ixtisasının bütün modulları üzrə sertifikat əldə etmiş ərizəçiyə isə ilk peşə təhsili səviyyəsində təhsil haqqında sənəd - diplom təqdim ediləcək.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq