Daha bir şirkət əməkdaşına cinayət işi açılıb
Tarix: 16-05-2021 16:22 | Bölmə: Cəmiyyət
Daha bir şirkət əməkdaşına cinayət işi açılıb

“Gədəbəy Mineral Suları” MMC-nin Ağstafa-Qazax rayonu üzrə satış təmsilçisi Cavid Məmmədovun yol verdiyi qanunsuz hərəkətlərlə bağlı rayon Prokurorluğuna müraciət daxil olub.

Bu barədə Reyting.az-a Qazax Rayon Prokurorluğundan məlumat verilib.

Aparılan araşdırma zamanı müəyyən edilib ki, Cavid Məmmədov 2020-ci ilin fevralın 06-dan sentyabrın 30-dək olan dövr ərzində ona etibar edilən firmaya məxsus müxtəlif çeşidli su məhsullarının satışından əldə edilən pulu kassaya mədaxil etməyərək həmin firmaya xeyli miqdarda maddi ziyan vurmaqla mənimsəyib.

Faktla bağlı Qazax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla mənimsəmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda istintaq aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq