Bakıda daha bir intihar olub
Tarix: 17-05-2021 13:15 | Bölmə: Cəmiyyət
Bakıda daha bir intihar olub

Mayın 17-də saat 11 radələrində paytaxt sakini, 1994-cü il təvəllüdlü Əlizadə Mirəziz Əskər oğlunun Nəsimi rayonu ərazisində yerləşən Tesla parkı ərazisində özünü kəndirlə asaraq intihar etməsi ilə bağlı rayon Prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun Mətbuat xidmətindən Reyting.az-a bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, habelə məhkəmə tibbi ekspertizası təyin olunub.

Hazırda Nəsimi Rayon Prokurorluğunda araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq