Təhsil haqları dövlət tərəfindən ödəniləcək tələbələrin müraciətlərinin qəbulu başlayır
Tarix: 17-05-2021 17:01 | Bölmə: Cəmiyyət
Təhsil haqları dövlət tərəfindən ödəniləcək tələbələrin müraciətlərinin qəbulu başlayır

Təhsil Nazirliyi https://e-telebe.edu.az elektron portalı vasitəsi ilə sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulunu mayın 19-dan aktivləşdirir.

Mia.az
xəbər verir ki, Prezident İlham Əlyevin müvafiq tapşırığı əsasında sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin yarımillərə aid təhsil haqqı xərclərinin ödənilməsinə dair Nazirlər Kabineti tərəfindən qəbul edilən qərara dəyişiklik edilib.

Qərarda edilən yeni dəyişikliyə görə 2020/2021-ci tədris ilinin yaz semestri (yarımili) üzrə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan və ödənişli təhsil alan tələbələrin təhsil haqqı xərcləri dövlət tərəfindən ödəniləcək. Bu məqsədlə 14 milyon manat vəsaitin ödənilməsi nəzərdə tutulur.

2019/2020-ci tədris ilinin 2-ci yarımilində 15.209, 2020/2021-ci tədris ilinin 1-ci yarımilində 15.900 nəfərin təhsil haqqı ödənilib. 2020-ci ildə ümumilikdə 20.800 tələbə bu imkandan yararlanıb.




Bölməyə aid digər xəbərlər
14-05-2025, 12:29 Sabah leysan yağacaq
13-05-2025, 12:34 Sabah yağış yağacaq