Qubada özünü qayadan çaya atan şəxsin intihar etdiyi məlum olub
Tarix: 18-05-2021 12:35 | Bölmə: Cəmiyyət
Qubada özünü qayadan çaya atan şəxsin intihar etdiyi məlum olub

Ötən gün Qubanın Qəçrəş kəndi ərazisində çaya düşərək ölən şəxsin intihar etdiyi məlum olub.

Məlumata görə, 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlunun özünü çaya ataraq intihar etdiyi müəyyənləşib. Onu xilas etmək məqsədisə özünü çaya atan qardaşı 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

İntihara R.İsayevin həyat yoldaşından ayrılması və övladı ilə görüşə bilmədiyi üçün keçirdiyi ciddi əsəb pozuntusunun səbəb olduğu ehtimal edilir/APA.

Qeyd edək ki, dünən Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Quba rayonunun, Qəçrəş kəndində 2 nəfərin çaya düşməsi barədə məlumat daxil olub.

Nazirliyin Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri hadisənin baş verdiyi əraziyə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1991-ci il təvəllüdlü İsayev İsa Elman oğlu və 1989-cu il təvəllüdlü İsayev Ruslan Elman oğlu çətin keçilən qayalıq ərazidə təqribən 60-70 m hündürlükdən Qudyalçay çayına düşüblər. Hadisə nəticəsində İ.İsayev müxtəlif xəsarətlər alıb və vətəndaşların köməkliyi ilə çaydan çıxarılıb, qardaşı R.İsayevi tapmaq mümkün olmayıb. Mürəkkəb relyef şəraitində həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində hadisə yerinin yaxınlığında çay kənarında tapılan Ruslan İsayevin meyiti xilasedicilər tərəfindən müvafiq qaydada götürülərək aidiyyəti üzrə təhvil verilib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}