İşğaldan azad edilən kənddə 800 kq narkotik aşkarlanıb
Tarix: 19-05-2021 10:05 | Bölmə: Cəmiyyət
İşğaldan azad edilən kənddə 800 kq narkotik aşkarlanıb

Ağdamın işğaldan azad edilən Cinli kəndi ərazisində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan Reyting.az-a verilən məlumata görə, Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində əməliyyat-axtarış, nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Keçirilən tədbirlərlə rayonun işğaldan azad edilmiş Cinli kəndi ərazisində yabanı halda bitmiş narkotik tərkibli bitkilər aşkarlanıb.

Polis əməkdaşları tərəfindən ümumi çəkisi 800 kiloqram olan 1200 ədəd çətənə kolunun kökündən çıxarılaraq, yandırılması təmin edilib.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}