IX sinif üzrə buraxılış imtahanlarının qrafiki açıqlanıb - Siyahı
Tarix: 19-05-2021 13:04 | Bölmə: Cəmiyyət
IX sinif üzrə buraxılış imtahanlarının qrafiki açıqlanıb

Ümumi (9-cu sinif) orta təhsil bazasında buraxılış imtahanlarının bölgələr üzrə keçirilmə qrafiki açıqlanıb.

Reyting.az
DİM-ə istinadla xəbər verir ki, ümumi (9-cu sinif) orta təhsil bazasında buraxılış imtahanları bölgələr üzrə əvvəlcədən elan olunduğu kimi 2021-ci il 2,3,9,10,16,17 iyun tarixlərində aşağıdakı qrafikə uyğun keçiriləcək. Bu imtahanda iştirak etmək üçün şagirdlərin qeydiyyatı tələb olunmur. Şagirdlər imtahan gününə 1 həftə qalmış Dövlət İmtahan Mərkəzinin saytı vasitəsilə “İmtahana buraxılış vərəqəsi”ni çap edirlər. Buraxılış vərəqəsində imtahanın keçiriləcəyi şəhər (rayon), bina, zal, başlanma vaxtı və şagirdin imtahan binasına gəlmə vaxtı və s. məlumatlar qeyd olunur.

02.06.2021 - Abşeron (1-ci hissə), Gəncə (Kəpəz), Qazax, Şəki, Lənkəran, Bərdə, Ağsu, Ağdaş, Saatlı, Qusar, Siyəzən, Xızı

03.06.2021 - Naxçıvan MR, Sumqayıt (1-ci hissə), Gəncə (Nizami), Daşkəsən, Ağstafa, Qəbələ, Astara, Lerik, Yardımlı, Yevlax, Zərdab, Ucar, Şirvan, Şabran, Qobustan, Hacıqabul

09.06.2021 - Nəsimi, Qaradağ, Nərimanov, Abşeron (2-ci hissə), Goranboy, Naftalan, Zaqatala, Masallı (1-ci hissə), Ağdam, Tərtər, Şamaxı, Xaçmaz (1-ci hissə), Sabirabad

10.06.2021 - Nizami, Səbail, Suraxanı, Sumqayıt (2-ci hissə), Mingəçevir, Balakən, Cəlilabad (1-ci hissə), Ağcabədi, İsmayıllı, Quba (1-ci hissə), İmişli+Mehdili, Biləsuvar

16.06.2021 - Yasamal, Xəzər, Xətai, Göygöl, Tovuz, Gədəbəy, Oğuz, Masallı (2-ci hissə), Beyləqan, Göyçay, Xaçmaz (2-ci hissə), Salyan

17.06.2021 - Binəqədi, Sabunçu, Pirallahı, Samux, Şəmkir, Qax, Cəlilabad (2-ci hissə), Füzuli, Kürdəmir, Quba (2-ci hissə), Neftçala

(*Bakı xüsusi məktəblər, Çilov, ingilis, gürcü, fransız bölmələri).


Qeyd 1: Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) yuxarıdakı qrafikə uyğun verəcəklər.

Qeyd 2: Abşeron, Sumqayıt, Masallı, Xaçmaz, Cəlilabad, Quba rayonlarında yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, hissələrlə adlandırılıb.

Qeyd 3: Bakı şəhərində yerləşən xüsusi məktəblərin – internat məktəbləri, tədrisi ingilis, fransız, gürcü dilində olan məktəblər, Çilov adasında yerləşən məktəb, cəzaçəkmə müəssisələrində olan məktəblərin şagirdləri üçün imtahan iyunun 17-də keçiriləcək.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}