Həkimlər yeni müalicə üsulları axtarmağa vadar olur
Tarix: 20-05-2021 16:02 | Bölmə: Cəmiyyət
Həkimlər yeni müalicə üsulları axtarmağa vadar olur

“Zədələnmənin adi hal aldığı müharibələr həkimləri yeni müalicə üsulları axtarmağa, vaxtında və ixtisaslı yardım göstərməyə vadar edir. Çox qısa zaman öncə Vətən müharibəsini yaşamışıq”.

Reyting.az
-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov deyib. İ. Qasımov bildirib ki, Birinci Qarabağ müharibəsində, 20 Yanvar hadisələrində və 44 günlük Vətən müharibəsində həkim kimi ön cəbhədə xidmət göstərib və hələ də göstərir:

“Müharibədə əsas yaralanmalar 60-70 faiz ətraflarla bağlı olur. Tibbi xidmət baxımından dəyərləndirsək, burda bizim əsas 3 komponent qurulur.

Dərman təchizatı dövlət tərəfindən tam təmin edilmişdi. Transfer - həm təcili yardım maşınları, həm də helikopterlərlə daşınma çox operativ idi. Sonuncu isə savadlı tibbi heyət.

Mən çox rahatlıqla deyirəm ki, həkimlər fədakar və yüksək xidmət göstərdi. Düşünün, gün ərzində 20-ə yaxın yaralı qəbul edib 2 saat yuxu ilə keçən günlərdən bəhs edirəm sizə. Hansı xəstəni ilk əməliyyat etməliyəm? Bunu düşünmək üçün cəmi bir dəqiqə zamanım var idi. Amma həm dövlət tərəfindən, həm də insanlar tərəfindən bizə o qədər isti yanaşma var idi ki, yorğunluq orada hiss olunmurdu. Bu bizim üçün müqəddəs bir xidmət idi. Vətən müharibəsində bir daha qəhrəman əsgərlərimiz və həkimlərimizlə qürur duyduq”.

İ. Qasımov sonda Ümumdünya Travmatoloqlar Günü münasibəti ilə bütün həmkarlarını təbrik edib.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}