Şikayət verən 103 müəllim müsahibədə uğur qazanıb
Tarix: 20-05-2021 16:35 | Bölmə: Cəmiyyət
Şikayət verən 103 müəllim müsahibədə uğur qazanıb

2020-2021-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin onlayn müsahibə mərhələsində iştirak edərək uyğun hesab edilməyən şəxslər üçün apellyasiya müsahibələri təşkil olunub.

Təhsil Nazirliyindən Reyting.az-a verilən məlumata görə, 7-8 mayda həyata keçirilən müsahibələrin nəticələri barədə məlumat namizədlərin şəxsi səhifələrinə göndərilib.

188 namizədin iştirak etdiyi müsahibələrdə 103 nəfər uğur qazanaraq ümumi təhsil müəssisəsində daimi əsaslarla çalışmaq imkanı qazanıb.

Qeyd edək ki, müddətsiz əmək müqaviləsinin bağlanması üçün təlimat müvafiq yerli təhsili idarəetmə orqanlarına göndəriləcək.




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}