Prezident: "Çin şirkətləri işğaldan azad olunmuş ərazilərimizin bərpasında yaxından iştirak edirlər"
Tarix: 20-05-2021 19:35 | Bölmə: Cəmiyyət
Prezident: "Çin şirkətləri işğaldan azad olunmuş ərazilərimizin bərpasında yaxından iştirak edirlər"

"Çin şirkətləri Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyata keçirilən bərpa işlərində yaxından iştirak edirlər. Çin ilə nəqliyyat sahəsində geniş əməkdaşlıq imkanları var".

Reyting.az
xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə danışıb.

Çin şirkətlərinin Azərbaycanın enerji sektoruna sərmayələr yatırdığını bildirən dövlətimizin başçısı deyib ki, ikitərəfli əməkdaşlığın inkişafı baxımından mühüm sahələrdən biri də insanlar arasında təmaslardır. Çində Azərbaycanın ticarət nümayəndəliyi də fəaliyyət göstərir. Çinlə çox gözəl münasibətlər mövcuddur.

Azərbaycan Prezidenti İlham Əliyev ölkənin “Sinovac” peyvəndləri ilə təmin olunmasında göstərdiyi dəstəyə görə Çinə təşəkkür edib: “Xahişimiz dərhal təmin edildi və bunun sayəsində bu gün Azərbaycan bu pandemiyaya qarşı mübarizədə aparıcı ölkələr sırasındadır. Bunun sayəsində indiyədək 1,9 milyon insanı vaksinasiya edə bilmişik. Bu, ümumi əhalimizin təxminən 20 faizini təşkil edir, peyvəndlərin 99,9 faizi isə Çin peyvəndi idi”., 




Bölməyə aid digər xəbərlər
3-05-2024, 14:06 Kəlbəcərdə qəza olub

{sape_links}{sape_article}